Fransa Ukraynadakı hadisələr üzündən Rusiyaya satacağı “Mistral” vertolyotdaşıyan gəmilərinin satışını ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Fransua Ollandın rəsmi saytında məlumat verilib.
“Fransa hökuməti Moskvanın Ukraynadakı addımlarına görə “Mistral” tipli iki desant gəmisini Rusiyaya çatdıra bilməyəcək. Prezident qərar vermişdi ki, döyüş əməliyyatlarının dayandırılmamasına baxmayaraq, şərtlərə əsasən birinci desant gəmisi çatdırılsın, lakin yerinə yetirilmədi”, - prezidentin saytında bildirilib.
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanması üçün iki vertolyotdaşıyan gəminin inşası ilə bağlı dəyəri 1.2 milyard avro olan müqavilə imzalanmışdı.