17 Aprel 2019 00:40
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik".

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron bu gün xalqa birbaşa yayım vasitəsilə müraciəti zamanı bildirib.

O, deyib: "Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq. Bu fəlakət bir daha nümayiş etdirdi ki, tarix donmayıb və bizi hələ yeni sınaqlar gözləyir".

"Sarı jiletlilər"in tələblərinə cavab olaraq keçirilmiş böyük debatların nəticələrinə toxunan Fransa Prezidenti bildirib ki, o, tezliklə yenidən xalqın qarşısına qayıdacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər