17 Aprel 2019 10:12
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Krit adasında iki alman əsgər ölkəsinin dövlət bayrağını qaldırdığı üçün həbs edilib.

Teleqraf.com xəbər verir ki, alman əsgərlər adada yerləşən NATO-nun Sudas hərbi hissəsində xidmət edirmiş.

Əsgərlər qayalıqda Yunanıstan dövlət bayrağını endirərək Almaniya bayrağını qaldırıblar.

Adada insanların şikayətindən sonra əsgərlər saxlanılıb. Əsgərlər məhkəmədə bildiriblər ki, pis niyyətləri yoxdur, sadəcə mənzərə onların xoşuna gəldiyi üçün bayrağı ora asıblar.

Hər iki alman əsgəri təcili deportasiya edilib.


Müəllif: Cavad