17 Aprel 2019 10:36
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusu PYD/PKK-nın olduğu Tel Rifat bölgəsinə güclü zərbələr endirib.

Teleqraf.com türk mətbuatına istinadla bildirir ki, PYD/PKK-nın türk ordusuna açdığı atəşə tank atəşləri ilə cavab verib.

Məlumata görə, Tel Rifat bölgəsində olan türk ordusu və Azad Suriya Ordusunun olduğu ərazilərə ağır atəşlər açılıb. Buna qarşılıq olaraq ordu 40 kilometrlik “Fırtına” raketləri ilə cavab verib.


Müəllif: Cavad