İranın dini lideri Əli Xameneyinin İnstaqram sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsi bloklanıb.
Teleqraf.com xəbər verir ki, dünən səhər saatlarından başlayaraq, İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandanlarının İnstaqramdakı hesabları blokanmağa başlayıb.
İlk olaraq, SEPAH-a bağlı “Qüds Briqadası”nın komandanı, general Qasım Süleymaninin səhifəsi bağlanıb.
Gün ərzində profilləri silinən iranlı yüksək rütbəli hərbçilər və rəsmilərin adları aşağıdakı kimidir:
SEPAH-ın baş baş komandanı Məhəmmədəli Cəfəri
SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri
Baş Qərargahın komandanlarından olan Musa Kamali
Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf
SEPAH komandanlarından biri və İran Dövlət Teleradio Verilişləri Şirkətinin sabiq rəhbəri İzzətullah Zərğami
Hələlik səhifələrin silinməsi ilə bağlı rəsmi açıqlama verilməsə də, bunun ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməklə bağlı olduğu ehtimal edilir.