17 Aprel 2019 11:00
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyası AKP-nin İstanbulda təkrar seçki taktikasına qarşı yeni həmlə hazırlayır.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlunun sədrliyi ilə partiya hüquqşünasları və mütəxəssisləri ilə müzakirələr aparılıb.

Məlumata görə, həmin görüşdə CHP-nin İstanbul üçün “B” planının ssenarisi müzakirə edilib.

AKP-nin İstanbul seçkilərinin ləğvi və təkrar keçirilməsi həmləsinə CHP-də prezident seçkiləri də təkrar keçirilməsi təklifi ilə qarşılıq verəcək.

CHP-də hesab edirlər ki, son prezident seçkilərində bir sıra saxtakarlıqlar özünü açıq göstərib. Bura saxta seçici sayı, CHP-nin namizədinə verilən səslərin etibarsız elan edilməsi, dövlətin imkanlarından gen-bol yararlanma və digər məsələlər daxildir.


Müəllif: Teleqraf.com