“Amerikalı jurnalistləri öldürənlər nə qədər müddət keçsə belə, buna cavab verəcəklər”.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Con Kerri Müsəlman Toplumlar birliyinin yeni nümayəndəsi təyin edilən Şərik Zəfərin şərəfinə təşkil edilən mərasimdə deyib.
Çıxışına “Salam Aleyküm” deyərək başlayan Kerri jurnalist Stiven Sotlofun edam edilməsi görüntülərinin İslam dininin gerçək üzünü təmsil etmədiyini vurğulayıb.
Kerri dünyanın bir daha İŞİD-in əməllərinə şahidlik etdiyini, Sotlofun maska arxasında gizlənən bir qorxaq tərəfindən orta əsrlərə xas vəhşi davranışlarla öldürüldüyünü bildirib.