17 Aprel 2019 13:40
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Maqnitoqorsk şəhərində kilsənin rahibi Sergey Zotov həyat yoldaşı gözəllik müsabiqəsinə qatıldığı üçün sürgünə göndərilib.

Teleqraf.com xəbər verir ki, müsabiqədə finala yüksələn rahibin həyat yoldaşı Oksana Zotovanın fotolarının sosial şəbəkə və mediada yayılması şəhərdə etirazlara səbəb olub. Şəhərin dindar kəsimi həyat yoldaşını müsabiqəyə göndərən rahibi sərt tənqid edib. Zotov ailəsinə qarşı təpki Rusiyanın əsas müzakirə mövzularından birinə çevrilib. Nəticədə rahib kilsədəki işindən azad edilərək ən ucqar kəndə sürgün edilib.

Sergey Zotov bundan sonra Maqnitoqorskdan 65 km uzaqlıda sadəcə 4 min nəfərin yaşadığı Ferşampenuaz kəndində rahiblik edəcək. O, ucqar kəndə göndərilməsini ədalətli cəza hesab etdiyini söyləyib.


Müəllif: Leyla

Oxşar xəbərlər