ABŞ-ın Arizona ştatının Poniks şəhərində “Qlobal Erməni Terrorizmi” adlı foto-sərgi keçiriləcək.
Bu barədə Teleqraf.com-a sərginin təşkilatçısı, ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur məlumat verib.
TASFO başqanı bildirib ki, sərgidə erməni terror təşkilatlarının ayrı-ayrı vaxtlarda türk diplomatları, ailələri və mülki şəxslərə qarşı hücumları, Azərbaycanda həyata keçirilən terror aktları və ABŞ-da həbs edilmiş erməni terrorçularla bağlı fotolar nümayiş olunacaq.
Sərgi aprelin 27-də baş tutacaq.