17 Aprel 2019 19:56
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.

Bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Ə.İmamoğlu vəsiqənin təqdim olunması uçün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim edilib. Daha sonra İmamoğlu İstanbulda seçicilər qarşısında çıxış edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər