18 Aprel 2019 08:07
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb.

Teleqraf.com xəbər verir ki, "The "The Walt Disney Company" 1996-cı ildə Viktor Hüqonun " Note-Damdan olan qozbel" əsəri əsasında cizgi filmi çəkib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.


Müəllif: Teleqraf.com