18 Aprel 2019 13:26
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Mikayelyan adına Cərrahiyyə İnstitutuna döş qəfəsinin sol nahiyəsindən güllə yarası alan şəxs çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Shamshyan.com” informasiya yayıb.

Hərbi formalı 23-25 yaşlı yaralının xəstəxanaya Kanakera hərbi hissəsindən gətirildiyi məlum olub.

Hazırda hərbçinin əməliyyatına başlanılıb.

***

11:54

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi döş qəfəsinin sol nahiyəsindən güllə yarası alaraq hospitala yerləşdirilib.

Bu məlumatı “Novosti Armeniya” yayıb.

Hadisə Yerevan yaxınlığındakı hərbi hissələrdən birində baş verib. Hərbçinin intihara cəhd etdiyi ehtimal olunur.

Bildirilib ki, 24 yaşlı hərbçi Narek S. Ermənistanın Kotayk vilayətinin sakinidir. Onun uniformasının cibindən qeyd aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisin nümayəndələri və Xüsusi İstintaq Komitəsinin müstəntiqləri hospitala gedib.

Hadisənin səbəbi araşdırılır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər