Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlunun təşəbbüsü ilə olan telefon danışığında Liviyadakı son durum müzakirə olunub.
Qeyd edək ki, General Xəlifə Hafterin aprelin 4-də paytaxt Tripoliyə qarşı hücum əmriylə baş verən toqquşmalarda bu günə qədər 205 nəfərin öldüyü, 913 nəfərin yaralandığı bildirilib.
Qarşıdurmalara görə 18 mindən çox adamın itkin düşdüyü qeyd edilib.
Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri, general Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum əmri verib.