19 Aprel 2019 11:09
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qlobal isinmə səbəbindən Yer kürəsinin iqlim fəlakəti qarşısında qalması ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, NASA 2003-cü ildən bu yana planetdə temperaturun kəskin formada qalxdığını və son üç ilin dünya tarixinin ən isti illəri olduğunu bildirib.

Elm adamları 2003-2017-ci illər aralığında “Aqua” kosmik aparatı vasitəsilə yerin səthi, okeanlar və buzlaqlar üzərində temperature ölçüblər.

NASA mütəxəssisləri son 15 ildə planetdə temperaturun kəskin formada qalxdığını təsdiq edir və atmosferə yayılan karbondioksidin həcminin azaldılması üçün tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkirlər.

Tədbirlər görülməyəcəyi halda qlobal isinmənin nəticəsi olaraq, okeanlarda suyun səviyyəsi qalxacaq ki, bu da Yer kürəsi üçün qorxunc iqlim fəlakəti deməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər