19 Aprel 2019 11:30
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası 2019-cu ildə ərzaq təhlükəsizliyi doktrinasının bütün tələblərini yerinə yetirməyə nail olmaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “İzvesitiya” qəzeti məlumat yayıb.

Qəzetin Rusiya Kənd Təsərüfatı Nazirliyindən əldə etdiyi hesabatda qeyd olunur ki, risk zonasına kənd təsərrüfatının 3 seqmenti – süd, kartof və duz istehsalı daxildir.

Bildirilir ki, yerli istehsalçılar əhalini təmin etmək üçün öz məhsullarını kifayət qədər təqdim etmirlər. Bazarda yerli malların payı artırılmalıdır, lakin bu, risk qrupuna daxil olan malların Rusiyaya ən böyük ixracatçısı olan Belarusun maraqlarına zidddir. Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət qurumu – “Rosselxoznadzor” dəfələrlə qonşu ölkənin süd məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər irəli sürüb.

Ancaq ekspertlər deyirlər ki, rəqabət qabiliyyətli bazarda əsas vəzifə yerli istehsalı inkişaf etdirməkdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər