İranda qətldə günahlandırılan daha 4 nəfər edam olunub.
Teleqraf.com xəbər verir ki, edamlar Zəncan və İlam şəhərlərində həyata keçirilib.
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl Kirmanşah şəhərində naməlum səbəbə görə qətl törədən 37 yaşlı məhkum Hidayət Mehrabi Zəncan şəhər zindanında dara çəkilib.
Həmçinin, eyni ittihamla ölüm hökmü almış daha 3 məhkum İlam şəhər həbsxanasında dar ağacından asılıb. Edam edilən üç məhkumun adları mediaya açıqlanmayıb.