Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyanın mayın 29-da Qazaxıstanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində ikitərəfli görüşü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşən V.Matviyenko qeyd edib ki, Ermənistanla Rusiya arasında qarşılıqlı siyasi əlaqələrin səviyyəsi dinamik şəkildə inkişaf edir:
“Ölkələrimizin liderləri keçən il yeddi dəfə görüşüblər, daimi əlaqə saxlayırlar, o cümlədən telefon danışıqları aparırlar. Mayın 29-da Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iki ölkə liderinin görüşü olacaq.
Oktyabrın 1-də isə eyni tədbir İrəvanda olacaq. Burada da ölkələrimizin liderləri görüşəcəklər”.