Şimali İrlandiyanın Derri şəhərində etiraz aksiyaları zamanı 29 yaşlı jurnalist Layra Maki öldürülüb.
Teleqraf.com xəbər verir ki, etirazlar Derri rayonunda polis qüvvələrinin təhlükəsizlik əməliyyatlarına cavab olaraq keçirilib.
Aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaranıb. Polis İdarəsindən verilən məlumata görə, etirazlar zamanı bir silahlı şəxs atəş açıb.
Polis əməkdaşı Mark Hamilton Layra Makinin ölümünə görə “Yeni İrlandiya Respublika Ordusu” təşkilatından şübhələndiyini bildirib.
İngiltərənin Baş naziri Tereza Mey isə jurnalist Makinin öldürülməsinin ağlasığmaz olduğunu söyləyib.