CHP sədri Kamal Kılıçdaroğlu Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri Mansur Yavaşla görüşüb.
Teleqraf.com xəbər verir ki, Kamal Kılıçdaroğlu görüşdə müzakirə olunan məsələlərdən danışıb.
O, Ankarada sənət və ədəbiyyat adamlarının çoxluğunu nəzərə alaraq Bələdiyyə sədrinə təlimat verdiyini deyib: "Mansur bəyə məşhur Orxan Vəli Qanıq, Melih Cövdət Anday, Şinasi və Oqtay Rıfatın şlyapalı fotosunu göstərdim, onlara heykəl qoymağı tapşırdım. Melih Cövdət Anday bu fotoya gözəl bir şeir də həsr eləmişdi".
CHP sədrinin sözlərinə görə, Mansur Yavaş tapşırığı qəbul edib və qısa zamanda heykəlin ərsəyə gətiriləcəyini deyib.
Qeyd edək ki, CHP üzvü olan Mansur Yavaş martın 31-də keçirilən seçkidə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.