Türkiyədə yayımlanan “Çukur” serialında əsas rollardan birini oynayan və həmin roldan ayrılan aktrisa Dilan Dəniz Çiçək yeni filmlə çəkilir.
Teleqraf.com xəbər verir ki, Dəniz Çiçək bu barədə özü bildirib.
Qeyd edib ki, hazırda bu barədə ətraflı açıqlama vermək istəməyib:
“Yeni çəkilişlərə başladım. Bu filimin çəkilişindən sonra ölkəm hüdudlarından kənara gedəcəm. Məqsəd təhsilimi artırmaqdır”.
“Çukur” serialında boğulma səhnəsindən danışan Dəniz Çiçək deyib ki, həmin səhnə həyatının ən zor və ən gözəl günü olub. O, həmin səhnənin ağır olduğunu da dilə gətirib.