20 Aprel 2019 16:00
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinlə sərhəd bölgələrdəki meşəlik ərazilərdə başlayan yanğın Rusiyanın Baykal gölü ətrafınadək yayılıb.

Teleqraf.com xəbər verir ki, hava şəraitinin küləkli olması səbəbindən Rusiyada bir çox kəndlər yanıb.

Krasnokamensk, Onon, Aginsk, Baleyski, Aleksandrov-Zavodski və Borzinski bölgələrində indiyədək 130 ev yanaraq kül olub. Ətraf ərazilərdə yerləşən kəndlərin hamısı boşaldıldığı halda, hadisə nəticəsində 28-i uşaq olmaqla, ümumilikdə 263 nəfər yaralanıb.

Yanğının genişlənməsindən sonra Rusiya Prezidenti Vladimir Putin təlimat verib.

Putinin Çin və Rusiyanın xilasetmə qrupları tərəfindən həyata keçirilən birgə yanğınsöndürmə əməliyyatları üçün Rusiyanın yanğının nəzarət altına alınması üçün daha çox xilasedici heyət cəlb etməsi təlimatını verdiyi məlum olub.

Bundan sonra Rusiya fövqaladə hallar naziri Yevgen Ziniçev məsələ ilə əlaqədar əlavə tədbirlərin görüldüyünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu