4 Sentyabr 2014 12:23
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan polisi özlərini "İslam Dövləti" adlandıran yaraqlıların bayrağını paytaxt Daşkənddə asan adamı axtarır. Ondan çox adam istintaqa cəlb olunub.

"Azadlıq" radiosunun özbək xidməti məlumat verir ki, avqustun 28-də yaraqlıların qara bayrağı Daşkəndin Yunus-Abad rayonunda asılıb. Ondan bir gün əvvəl ölkə Müstəqillik Gününü qeyd edib.

Bayraq gecədən səhərə qədər küçədə asılı qalıb, polis bunu yalnız səhər aşkar edib.

Polis küçə təmizləyicilərini, yaxınlıqdakı bazarda işləyən satıcıları, taksi sürücülərini, ərazidəki İslam qız məktəbinin tələbələrini sorğu-suala çəkib.

Suriyada və İraqda döyüşən "İslam Dövləti"nin yaraqlıları arasında özbəklər də var.


Müəllif:

Oxşar xəbərlər