21 Aprel 2019 13:01
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski məntəqəyə gələrək səs verib.

Teleqraf.com xəbər verir ki, Zelenski səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu gün ədalətli seçki qələbə çalacaq. Bu gün bütün ukraynalıların qələbəsi olacaq. Biz hamımız Ukraynanın işıqlı gələcəyi üçün birləşmişik”.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimri Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.


Müəllif: Teleqraf.com