21 Aprel 2019 16:03
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski səsvermə zamanı qanunu pozub.

Teleqraf.com Ukrayna KİV-inə istinadla xəbər verir ki, Zelenski öz seçki bülletenini kamerada göstərib. Şoumenin öz soyadı qarşısında işarə qoyaraq özünə səs verdiyi aydın görünüb.

Ukrayna qanunvericiliyinə əsasən, doldurulmuş bülletenin fotosunu çəkmək və nümayiş etdirmək səsvermə sirrinin pozulmasıdır. Bu qanunu pozanları üçün cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Zelenski məntəqədən çıxışı zamanı jurnalistlərin kimə səs verdiyi barədə sualına gülərək belə cavab verib: "Bu haqda danışmaq və ya göstərmək olmaz".


Müəllif: Teleqraf.com