21 Aprel 2019 16:35
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə gey paradın keçirilməsinə qoyulan qadağa ləğv edilib.

Teleqraf.com lenta.ru-ya istinadla xəbər verir ki, LGBT cəmiyyətinin hüquqlarını müdafiə edən Kaos GL türk aktivistləri qrupu məhkəmənin qərarının ləğvinə nail olub.

"Amnesty International" təşkilatının yaydığı məlumata görə, məhkəmə Kaos GL fəallarının 2017-ci ildən Ankarada LGBT ilə bağlı ictimai tədbirlərin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı iddiasını təmin edib.

Qeyd edək ki, rəsmi qurumlar əhalinin mənfi reaksiyalarından ehtiyatlanaraq paradın keçirilməsinə icazə vermirdi.


Müəllif: Teleqraf.com