21 Aprel 2019 17:19
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Amerika Birləşmiş Ştatları öz xəttini axtarır, hamıya ağalıq etmək istəyir, lakin bunu etməyin yollarını hələlik fikirləşib tapa bilməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, amerikalılar əvvəlcə Rusiyanı özlərinin əsas rəqibləri elan edib sonradan geri çəkiliblər: "Daha sonra isə ABŞ-ın əsas rəqibi Çin oldu. Bir qədər də keçdikdən sonra Vaşinqtonun “düşməni” yenidən Rusiya oldu, daha sonra isə Rusiya, Çin və İran üçü birlikdə".

Lavrovun fikrincə, Birləşmiş Ştatlar hamıya necə ağalıq edə biləcəyini hələlik anlaya bilmir: "İş burasındadır ki, sanksiyalar bütün ölkələrə eyni cür təsir etmir, ələlxüsus, Rusiyanı bu təsirə məruz qoymaq mümkün deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər