21 Aprel 2019 17:35
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar-Pradeş ştatında avtobus ilə yük maşını toqquşub.

Teleqraf.com-un məlumatına görə, yol qəzası nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza Aqra-Lakxnau avtomobil yolunda Varanasidən Nyu-Deliyə gedən avtobusun ötmə manevri zamanı qarşı zolağa çıxması nəticəsində baş verib.

Məlumata əsasən, ölənlər arasında avtobusun sürücüsü də var, xəsarət alanlar xəstəxanalara çatıdırılıb.


Müəllif: Teleqraf.com