Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskini cərimə olunub.
Teleqraf.com Ukrayna KİV-inə istinadla xəbər verir ki, Zelenskiyə seçkilərdə səs verdikdən sonra bülleteni nümayiş etdirdiyi üçün polis protokol təqdim edib.
Son məlumatlara görə, prezidentliyə namizədi 510 qrivnadan 750 qrivnaya qədər cərimə gözləyir. Cərimənin dəqiq məbləğini hakim təyin edəcək. Namizədin komandası söz verib ki, cərimə ödənəcək.
Ukrayna qanunvericiliyinə görə, doldurulmuş seçki bülleteninin nümayişi və ya fotoşəklinin çəkilməsi səsvermə sirrinin pozulması hesab olunur və buna görə həmin şəxs cərimə edilir, yaxud 3 il müddətinə qədər azadlığı məhdudlaşdırılır.
Qeyd edək ki, şoumen bu gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə zamanı qanunu pozaraq öz seçki bülletenini kamerada göstərib.