21 Aprel 2019 20:53
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən "Ariana" telekanalı bildirib.

Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi.


Müəllif: Teleqraf.com