Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur.
Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi.
Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı 91 min dolları ötüb.