Ukrayna prezidenti seçilən aktyor Vladimir Zelinskinin həyat yoldaşı Yelena Zelenskaya ilə 16 ildir onunla evlidir. Hazırda “Kvartal-95” studiyasında işləyir və bizneslə məşğuldur.
Teleqraf.com xəbər verir ki, bu barədə “IC TV” məlumat yayıb.
Yelena Zelenski 1978-ci ildə Krivoy Roq şəhərində doğulub.
Zelinskaya Krivoy Roq Tekniki Universitetinin İnşaat fakültəsinin məzunudur, buranı fərqlənmə ilə bitirsə də, heç vaxt öz ixtisası üzrə çalışmayıb.
Yelena universitstdə oxuyarkən Vladimir Zelenski ilə tanış olub və 2003-cü ildə evləniblər. Hazırda prezident seçilən həyat yoldaşının sahibi olduğu cizgi film çəkilişləri ilə məşğul olan “Kvartal-95” studiyasının ssenari yazarıdır. O, şirkətin 0.01%-nin sahibidir. Habelə bir balıq və mühafizə şirkətinin 25%-nə sahibdir.
Ən gənc birinci xanım
Yelena Zelenskaya həyat yoldaşının prezident seçkilərində iştirakına etiraz edib, amma sonradan onunla razılaşmaq məcburiyyətində qalıb.
Qızlıq soyadı Kiyaşko olan Yelena Zelenskaya Ukrayna tarixinin ən gənc birinci xanımıdır. Bu il 41 yaşı tamam olacaq. O, evliliyə qədər Vladimir Zelinski ilə 8 il sevgi həyatı yaşayıb. 2003-cü ildə onunla evlənib, iki övladı var. Aleksandr 14, Kirill isə 5 yaşındadır.
Yelena şoumen karyerasına başlayandan həyat yoldaşının qurduğu şoularda yer alıb. Əvvəlcə KVN üçün minatürlər hazırlayıb, sonradan “Kvartal-95”də ssenarilər yazmağa başlayıb.
2009-cu ildə Ukrayna Dövlət Televiziyasında yayımlanan musiqili proqramlar üçün ssenarilər yazıb.
Uzun evliliyin sirri
Vladimir Zelinski “Yelena ilə olan uzun və güclü evliliyin sirri nədir?” sualına belə cavab verib:
“Birlikdə uzun zaman keçirdik. Məktəbdə birlikdə işlədik və tanış olduğumuzun birinci ilindən görüşməyə başladıq. O məni tamamilə başa düşür. Əgər mən yorğunamsa, bilir ki, həqiqətən yorğunam. Əgər istəmirəmsə, bilir ki, həqiqətən istəmirəm. Bütün günü bir yerdəyik, günlərimizin hamısını bir-birimiz üçün xərləyirik”.
Rus aktrisa ilə qadağan edilmiş eşq
Lakin paparazzi 2011-ci ildə Vladimir Zelenskini öz avomobilində “İlk görüş” filmində birlikdə rol aldığı rusiyalı aktrisa Oksana Akinşina ilə birlikdə səmimi halda görüntüləyib.
Bundan sonra mediada onların sevgi macəraları haqda məlumatlar yayılmağa başlayıb.
Vladimir Zelenskinin həyat yoldaşı bu iddialara heç bir reaksiya verməyib.
İnsanlardan qaçış
Yelena Zelenskinin ən ilginc tərəfi isə ictimai yerlərdə az-az görünməsidir. Ukraynada nəşr olunan jurnallar üçün sadəcə bir dəfə kamera qarşısına keçib. Feysbukdakı səhifəsində də nadir hallarda paylaşımlar edir. İnstaqram səhifəsi belə yoxdur.
Yelenanın şəkillərini Vladimir Zelenskinin İnstaqram səhifəsində tapmaq olar.
Dəblə də arası o qədər yaxşı deyil. Dəbi izləmək üçün vaxtının olmadığını deyir.