İranın ali dini lideri Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandiri Məhəmməd Əli Cəfərini vəzifəsindən uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, baş komandir postuna Cəfərinin köməkçisi Hüseyn Salam gətirilib.
Bundan sonra Məhəmməd Əli Cəfəri Bakiyətullah mədəniyyət və sosial işlər qərargahına cavabdeh olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib.