Ukraynada yeni seçilmiş prezident, şoumen Vladimir Zelenskinin Azərbaycana səfərinin görüntüləri sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Zelenski ölkəmizə ilk dəfə 2017-ci ildə gəlib.
Şoumen həmçinin Qəbələdə səfərdə olub, XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində “Kvartal-95” yumor qrupu tamaşaçıların qarşısına konsert proqramı ilə çıxıb.
Ötən ilin yanvarında Qəbələdə olan Vladimir Zelenski Azərbaycan barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb, gözəl təbiəti olan Qəbələni çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusundan da danışıb.
Səfərləri zaman o, Qobustanda olub, qayaüstü rəsmləri ilə İnstaqram hesabında paylaşaraq “Qayaüstü rəsmlər. Hər daşda tarix var. Görürsünüz, keçmişdə insanlar necə olublar? İncə və xoşbəxt” - deyə qeyd yazıb.
Vladimir Zelenskinin Qəbələ və Bakıda çəkdirdiyi maraqlı fotoları təqdim edirik: