22 Aprel 2019 14:45
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin məşhur “The Beatles” qrupunun qurucularından biri Con Lennonun fortepianosu “Gotta Have Rock and Roll” tərəfindən təşkil edilən onlayn auksionda satılıb.

Teleqraf.com xəbər verir ki, əfsanəvi musiqiçinin fortepianosu 1872-ci ildə ABŞ-ın Nyu-Cersi şəhərində hazırlanıb.

Lennon 1966-cı ilə qədər bu fortepianoda ifa edib və müxtəlif vaxtlarda Böyük Britaniyadakı iki evində yerləşirdib.

Məlumata görə, əfsanəvi musiqiçi mahnılarının bir çoxunu bu pianoda bəstələyib. “Sgt.” albomuna daxil olan “Peppers Lonely Hearts Club Band”ı 1967) da bura aiddir.

O, sonralar pianonu musiqiçi yoldaşına verib, lakin onun kim olduğunu bəlli deyil. Pianonun üzərində “Beatles” üzvünün yazdığı bir neçə mahnı adları da yer alıb.

"Gotta Have Rock and Roll” pianodan 800 min dollar, yaxud 1.2 milyon dollar qazanmağı planlaşdırsa da, musiqi aləti 575 min dollar satılıb. Bu, nəzərdə tutulmuş məbləğdən 25% aşağıdır.

Pianonun yeni sahibi kolleksiyaçı Cim İrseydir. O, həmçinin ABŞ-ın “İndianapolis Kolts” futbol klubunun sahibdir.

“Forbes” jurnalına görə, İrsey 2.7 ​​milyard dollarlıq bir sərvətə sahibdir, onun kolleksiyasında Lennon, Rinqo Starr və Bob Dilana məxsus gitaralar var.


Müəllif: Mənsur Rəğbətoğlu