İranın helikopter istehsal edən "Panha" şirkəti 3 yeni model yaradıb.
Yeni modellərin yaradılması haqqında "Panha" şirkətinin icraçı direktoru Məhəmməd Əli Əhmədabadi məlumat verib. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Fars News" informasiya agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, şirkət təlim uçuşları, xilasetmə əməliyyatlarında iştirak üçün helikopterlər, eləcə də hərbi helikopterlər yaradıb.
Şirkətin icraçı direktoru qeyd edib ki, 14 nəfər üçün nəzərdə tutulan yeni hərbi helikopter radara düşmür və o, müxtəlif silah növləri ilə təchiz oluna bilər.