22 Aprel 2019 15:37
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücumla bağlı ilginc iddia gündəmə gəlib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücumun arxasında Prezident Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən iki gün əvvəl ziyarət etdiyi Çubuq Ülkü Ocaqlarının dayandığı iddiası irəli sürülüb.

CHP mənbələrindən mətbuata sızdırılan məlumata görə, hücumun təşkilatçılığı Çubuq Ülkü Ocaqları həyata keçirdiyi halda, başqa bir qrupun adı da olayda hallandırılıb.

Hücumdan sonra jurnalistlərə açıqlama verən CHP liderinin köməkçisi Yıldırım Kaya hücum edənlərin hadisə yerinə 3 avtobusla gətirildiyini bildirib.

O, faktın Ankara bələdiyyə sədri Mansur Yavaşa da məlum olduğunu deyib.

Qeyd edək ki, dünən Ankarada bir şəhidin cənazə mərasimində iştirak edən Kamal Kılıçdaroğlu naməlum şəxslərin hücumuna məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu