Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktor müavini David Kohen məşhur “Game of Thrones” filminin bazar günü yayımlanan ikinci bölümündə qonaq kimi iştirak edib.
Teleqraf.com xəbər verir ki, MKİ özünün Tvitter hesabında Kohenin filmdəki səhnəsini paylaşaraq belə yazıb: “MKİ üçün işləməyin bir faydası da dünya səyahətidir. Görünüşə görə bəzən başqa aləmlərə qədər uzanır”.
David Kohen isə MKİ-nin bu sosial paylaşımına “Maskanın çıxarılmasının yolu” ifadələri ilə reaksiya göstərib.