İranın Xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 23-də ABŞ-a səfərə gedib.
O, Nyu-Yorkda BMT Baş Assambleyasının təşkil etdiyi “Beynəlxalq çoxtərəflilik və sülh üçün diplomatiya günü” adlı konfransa qatılacaq.
M.Zərifin Nyu-Yorkda bəzi müstəqil analtik mərkəzlərdə görüşlər keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, konfrans aprelin 24-də Nyu-Yorkda keçiriləcək./report/