23 Aprel 2019 18:26
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu Ankarada şəhid cənazəsi mərasimi zamanı ona hücum edənlərdən şikayətçi olub.

Teleqraf.com xəbər verir ki, CHP lideri şikayətini vəkili Cəlal Çelik vasitəsilə edib.

Xatırladaq ki, CHP liderinə hücumla bağlı 9 nəfər saxlanılıb, sonradan onlardan 3-ü həbs olunub, digərləri azad edilib.

Kılıçdaroğluna yumruq zərbəsi endirən Osman S adlı şəxsin isə həbs müddəti uzadılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər