23 Aprel 2019 22:13
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 99-cu ildönümü münasibəti TBMM-də rəsmi qəbul və xüsusi iclas təşkil olunub.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən deputatlar Türkiyənin “İstiqlal” marşını oxumayıblar.

Xalqların Demokratik Partiyasının deputatlarının dövlət himnini oxumamalarına etiraz edən Prezident Rəcəb Tayyib Ərdoğan HDP-nin həmsədri Pervin Buldan çıxışa başlayarkən iclas salonunu tərk edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər