24 Aprel 2019 01:35
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ keçmiş prezidenti Barak Obamanın dövründə vitse-prezident vəzifəsini icra edən Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq qərarına gəlib.

ABŞ KİV-inin Baydenə yaxın mənbələrə istinadən yazdığına görə, Bayden prezidentlik yarışına girmək üçün hazırlıqları tamamlayıb.

Onun bu gün namizədliyini açıqlayacağı bildirilir. 76 yaşlı Baydenin ABŞ prezidenti, respublikaçı Donald Trampı məğlub edəcək və demokratları bir araya gətirə biləcək tək namizədin olduğu deyilir.

2020-ci il noyabrın 3-də keçiriləcək 59-cu prezident seçkilərində Demokratlar Partiyasında 20-dən çox şəxsin iştirak edəcəyi deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər