24 Aprel 13:23
1 831

Türkiyədə şəhidin dəfn mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna yumruq atan Osman Sarıgün adlı şəxs şərti olaraq azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, kəndinə gələn Osman Sarıgünü yaxınları qarşılayıb.

Məlumata görə, Kılıçdaroğluna hücum çəkən şəxsin əllərini öpənlər də olub.

Sərbəst buraxılan Osman Sarıgün ifadəsində CHP sədrinin “PKK/PYD terror təşkilatı deyil” sözlərinə qəzəblənərək bir dəfə yumruq atdığını söyləyib.

Ankaranın Çubuk bölgəsində yaşayan Osman Sarıgün TIR sürücüsü olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın Çubuk rayonunda Hakkaridə terrorçular tərəfindən şəhid edilən Yener Kırıkçının dəfnində Kamal Kılıçdaroğluna hücum edilib.


Müəllif: Nərgiz