24 Aprel 2019 15:20
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beştəpədə düzənlənən simpoziumda danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT ekranlarında yayımlanan “Diriliş Ərtoğrul” serialı barədə “Dünyanın harasına gidirəmsə, orada mənə “Diriliş Ərtoğrul”u anladırlar” deyib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan “Diriliş Ərtoğrul” serialından iftixarla danışıb.

“Diriliş Ərtoğrul” serialının Osmanlı tarixinə olan marağı artırdığını vurğulayan Ərdoğan deyib:
“TRT-də yayımlanan “Diriliş Ərtoğrul” serialının Osmanlı tarixinə olan marağı necə artırdığını hər halda siz də görürsünüz. Dünyanın harasına gedirəmsə, mənə “Diriliş Ərtoğrul”u anladırlar. Bu, önümüzdəki dönəmdə ağırlığı tariximizlə və arxivimizlə əlaqədar oxşar çalışmalara salmağımızın vacibliyinə işarə edir".

Ərdoğan daha sonra deyib:

“Arxiv millətin və dövlətin hafizəsidir. Süleymaniyədəki o kitabxanalarımızın, arxivlərimizin halına daim yanıram. Osmanlı dünyada ən yaxşı qeyd aparan dövlətlərin önündə gəlir. Bu günə qədər Osmanlı arxivlərinə yönəlik çalışmalarda 31 milyon sənəd təsnif edilib. Cümhuriyyət dönəmində bu xəzinənin qiyməti bilinməyib, bir qismi yoxa çıxıb”.


Müəllif: Səxavət

Oxşar xəbərlər