ABŞ İranı diz çökdürmək istəyir. İranın neft ixracını dayandırmasını xəyal edirlər, amma güclü millətimiz və rəsmi şəxslər gərgin işləyərsə, problemlər həll olunacaq. Onların səyləri nəticə verməyəcək, ehtiyacımız olduğu qədər neft ixrac etməyə davam edəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneyi deyib.
“Neft satışından nə qədər asılı olsaq, bu, bizim üçün o qədər yaxşı olacaq. Onlar düşməncəsinə cəhdlərinin cavabsız qalmayacağını bilməlidir”, - deyə İranın ali dini lideri Tehrandakı çıxışında vurğulayıb.