Rusiyaya səfər edən Şimali Koreya lideri Kim Çen İnin korteji Vladivostokda Rus adasına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərq Federal Universitetindən (FEFU) TASS-a məlumat daxil olub.
Məlumata görə, Kim Çen İn Rusiya Prezidenti Vladimir Putinlə Uzaq Şərq Federal Universitetinin binalarından birində görüşəcək.
Hələ bir neçə gün əvvəldən ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.
Şərq İqtisadi Forumu çərçivəsində Putinin rəhbərliyi altında plenar iclasın keçirildiyi binada iki iclas üçün hazırlıq görülür, onlardan biri danışıqlar üçün, ikincisi isə qeyri-rəsmi görüş üçündür.