İran Birləşmiş Ştatlarla danışıqlar masasına otura bilər, amma hesab edir ki, hazırda bunun üçün əlverişli şərait yaranmayıb və Vaşinqton dialoqa hazır deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.
“Danışıqlar mümkündür, bir şərtlə ki, sanksiyalar dayandırılsın və üzr istənilsin. Bir çoxları ABŞ-ın dialoq istədiyini, İranın isə bundan imtina etdiyini hesab edir. Bu, belə deyil. ABŞ hazırda ümumiyyətlə dialoqa hazır deyil”, – deyə Ruhani bildirib.
Ruhani əlavə edib ki, Vaşinqtonun şərtləri danışıqlar prosesinə səmərə vermir, onlar məntiqsiz və ağılsızdır:
“Birincisi, Amerika Birləşmiş Ştatlarının səhv etdiyini sübut etmək lazımdır. Onlar yanlış davrandıqlarını, problemi məntiq və sağlam düşüncə əsasında həll etməyə hazır olduqlarını başa düşdükdə biz müzakirə masasına oturacağıq”.
İran Prezidenti həmçinin deyib ki, ABŞ-ın İranın neft ixracını tamamilə dayandırmaq cəhdləri boşa çıxacaq.