“İrlandiya Respublika Ordusu” təşkilatı şimali irlandiyalı jurnalist Layra Makinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, təşkilat jurnalistin ailəsi və yaxınlarından hadisəyə görə üzr istəyib.
Jurnalistin dəfn mərasimində Böyük Britaniyanın Baş naziri Teresa Mey, İrlandiya Prezidenti Maykl Hayqins, İrlandiyanın Baş naziri Leo Varadkar və digər siyasətçilər iştirak ediblər.
Qeyd edək ki, Şimali İrlandiyanın Derri şəhərində keçirilən etiraz aksiyaları zamanı 29 yaşlı jurnalist Layra Maki öldürülüb.