Bu gün səhər Şri-Lankanda paytaxt Kolombonun 40 kilometrliyində, Puqoda rayonunda növbəti partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə yaşayış ərazisindən kənarda olub, tələfat və zərərçəkən yoxdur.
Qeyd edək ki, bir neçə gün qabaq Şri-Lankada ard-arda bir neçə partlayış törədilib. Partlayışlar beşulduzlu otelləri, katolik kilsələrini və adamların çox olduğu digər nöqtələri əhatə edib.
Nəticədə 359 nəfər ölüb, 520 nəfər yaralanıb.
Pasxa bayramı ərəfəsində baş verən partlayışları İŞİD öz üzərinə götürüb.