İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanında 37 nəfərin edam edilməsinə səssiz qalan ABŞ-a etiraz edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə Tvitter hesabında yazıb.
İranlı diplomat açıqlamasında jurnalist Camal Qaşıqçı cinayətinə də diqqət çəkib:
“Bir jurnalistin parçalanmasına göz yumulduqdan sonra Səudiyyə Ərəbistanında bir gündə 37 nəfərin edam ediləndə də Tramp hökuməti səssiz qaldı. Pasxadan iki gün sonra bir nəfəri də çarmıxa çəkmişdilər”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ər-Riyad, Məkkə, Mədinə, Əş-Şərqiyyə, Əl-Qasım və Əsir şəhərlərində terror təşkilatı qurmaq, polis idarələrinə hücum etmək, təhlükəsizlik orqanlarının əməkdaşlarını öldürmək və düşmənlə işbirliyində ittiham olunan 37 nəfər edam edilib.
Edamlar eyni gündə icra olunub.
Məns