“NATO-da əminlik var ki, Ukraynada minlərlə rus hərbçisi, Rusiyaya məxsus yüzlərlə tank və digər hərbi texnika yerləşdirilib”.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə NATO-dakı mənbə bildirib.
“Biz hələ də Ukrayna ərazisində bir neçə min Rusiya hərbçisi görürük. Onların sərəncamında tanklar və başqa hərbi texnika var. Beləliklə, Rusiya qoşunlarının Ukraynadakı vəziyyəti ilə bağlı hər hansı başqa dəyişiklik yoxdur”, – deyə “Reuters” mənbədən sitat gətirir.
Həmçinin qeyd olunur ki, Rusiya Ukrayna sərhədlərində 20 minə yaxın hərbçi yerləşdirib.